Metodologiya
„Məktəblərdə bir dünya“ ,,ONE WORlD IN SCHOOLS” (OWIS) proqramı, ən yeni tarixin aktual məsələlərinin tədrisində sənədli filmlərdən istifadə edən bir təhsil proqramıdır. Təcrübə və nəticələr bu metodun effektli olduğunu dəfələrlə təsdiq etmişdir.
Kino vizual sənətin sintezli sahəsidir. O həm məlumat ötürmək, həm də əhvalat söyləmək üçün əhəmiyyətli alətləri və disiplinləri bir arada görmək imkanını verir. Sənədli filmdə, hər hansı bir aktual məsələ haqqında real hadisələr, həqiqi qəhrəmanlar maraqlı və inandırıcı şəkildə ötürülür. Filmlərdə istifadə edilən əhvalatın söylənmə tərzi, kadrlar, insan tarixçələri ayrıca problemlərin həlli üçün motivasiya mənbəyini təşkil edir və gənc auditoriya üçün xüsusi əhəmiyyət kəsb edir.
„Məktəblərdə bir dünya“ (OWIS) təhsil proqramı insan hüquqları üzrə illik “Bir dünya” festivalında təqdim edilən sənədli filmlərindən istifadə edir. Festival 1999-cu ildən “Pipl in nid” təşkilatı (PIN) tərəfindən keçirilir. Filmləri seçərkən onların mövzuları, müddəti, şagirdlərin yaş və coğrafi xüsusiyyətləri və s. nəzərə alınmışdır.
Layihə Gürcüstanda 2011-ci ildən başlamış və İmeretidə, Sameqreloda, Şida Kartlidə həyata keçirilir. Səhra nümayişlərinə paralel olaraq, prosesi onlayn tədrisi və nümayişlərlə gücləndirməyə qərar verdik. Bununla belə, bələdiyyədə yaşayan pedaqoqlar üçün metodologiyanı və resursları əlçatan etdik.
Media savadlılıq və insan hüquqlarının tədris platforması – literacydoc.ge-dən Gürcüstanda və iki qonşu ölkədə (Ermənistan və Azərbaycan) yaşayan formal və qeyri-formal təhsil sahəsində işləyən pedaqoqlar və təlimçilər istifadə edə bilərlər.